Azərbaycanda internet-TV və internet-radioya dair lisenziyalaşdırma tətbiq olunmayacaq

İnternet-radio və internet-TV Azərbaycanda lisenziyalaşdırılmayacaq, — Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çərşənbə günü Bakıda keçirilmiş «Yeni media-eranın dəyərləri» konfransında çıxışı zamanı deyib, Trend yazır.
O, Azərbaycanda və beynəlxalq təşkilatlarda ölkədə internet-radio və internet-TV-nin fəaliyyətinin məhdudlaşdırılması məqsədilə lisenziyalaşdırılması barədə yayılmış məlumatları təkzib edib.
Əli Həsənov elektron KİV-in lisenziyalaşdırılması planı barədə şayiələri əsassız sayıb. «Belə bir planımız yoxdur və heç vaxt bu barədə heç nə elan etməmişik», — deyə Ə. Həsənov Azərbaycan hökumətinin ünvanına gələn ittihamların əsassız olduğunu əlavə edərək bildirib.

//mincom.gov.az
  • 0
  • 01 июля 2010, 00:09
  • Farik
  • 1