Vikipediyada yazmaq istəyənlər üçün: Tez-tez verilən suallara cavablar


Qwe.az-ın daimi oxucuları yəqin bir neçə gün öncə Vikipediya haqqında yazdığım məqaləni xatırlayırlar. Həmin yazıdan sonra Vikipediyada yazmaq istəyənlərin və buna maraq göstərənlərin əslində çox olmasını hiss etməyə başladım. Ona görə də mənə ən çox verilən suallara yazdığım qısa cavablarə və müvafiq keçidləri təqdim edirəm:

* Vikipediyada yazmaq üçün məndən nə tələb olunur? Bu suala sayt özü cavab verir: Yazmaq istəyirsənsə, cəsur ol!

* Vikipediyada yazı yazmaq istəyirəm, amma daha əvvəl bunu etməmişəm, nədən başlayım? Vikipediya bu məqsədlə Yeni istifadəçilərə kömək səhifəsi hazırlayıb.

* Yazdığım məqaləni və ya başqalarının yazdıqlarını necə redaktə edə bilərəm? Vikipediyada Məqalələrin redaktə qaydaları ilə tanış olduqda görürük ki, bu olduqca asandı və adi mətn yazmaq qədər sadədi.

* Birdən-birə yazı yazmağa ehtiyat edirəm, yazmağı bacardığımı necə yoxlaya bilərəm? Sadəcə sınaq yazısı yazıb özünüzü yoxlamaq istəyirsinizsə, bunu Qaralama dəftərində edə bilərsiniz.

* Vikipediyada yazmaq üçün hansı prinsiplərə əməl etmək lazımdı? Vikipediyanın beş sadə prinsipinə əməl etməlisiniz.

* Məqaləni yazdım, amma düzəlişlərə ehtiyacı var, özüm düzəldə bilmədim, nə edim? Narahat olmayın, məqaləniz etibarlı istinadlarla yazılıbsa, Vikipediyada qalacaq və digər istifadəçilər, eləcə də Vikipediyanın moderatorları tərəfindən inkişaf etdiriləcək.

* Məndə yaranmış bütün suallara cavab tapmadım, daha detallı məlumatı hardan oxuya bilərəm? Vikipediyada istifadəçilərin suallarından ibarət xüsusi səhifəyə baş çəkin.

P.S. Unutmayaq ki, Vikipediyada məqalə sayına görə 41-ci yerdəyik və reytinqdə bizdən yuxarıda olan dillərin təxminən yarısı bizdən daha azsaylı xalqlarındır. Ona görə də dünyada Azərbaycanlıların sayının çox olması bizdən də Azərbaycandilli Vikipediyanı zənginləşdirməyi tələb edir.

© Rəşad Mehbaliyev

Kasperski laboratoriyasından - antiCryzip (PULSUZ kömək)

Kaspersky laboratoriyası yeni yaranmış Cryzip troyanı haqda məlumat yayıb. Məlumata görə, bu troyan kompüterdə yerləşən faylları şifrələnmiş arxiv (.zip) şəklinə salır.

Bu troyana yoluxma, böyüklər üçün (18+) nəzərdə tutulmuş pornoqrafik saytlardan düşür. Trojan kompüterə düşdükdən sonra, onlarla populyar fayl növləri olan, .rar, .zip, .7z, .pdf, .djvu, .txt, .xls, .xlsx, .rtf, .doc .docx, .htm, .html, .mht, .jpg, .jpeg və s. tipli faylları .zip şəklində şifrələyib saxlayır. Hər bir yaradılmış fayl, faylınadı_crypt_.rar şəklində olur və originalı qaytarmaq imkanı olmadan silinir. Arxivin şifrəsini öyrənmək, istifadəçiyə sms yolu ilə 2000 rubla (~ 50 AZN) başa gəlir.

Proqramm mart ayının 13-ü aşkar edilib və Trojan-Ransom.Win32.Cryzip.c adını alıb. Laboratoriya, öz istifadəçilərindən bazaları yeniləməyə çağırır.


( Читать дальше )