"Mənəm mənəm" deyən bir İT şirkətin saytı

Özümü lap güclü təhlükəsizlik eksperti hesab etmirəm, peşəkar security guru-da bir şey var ki o məndə yoxdur — heçkimə heç vaxt etibar etməmək və hər şeyi yoxlamaq. Lakin web sahəsində heç bir ticari quruma aidiyyatım yoxdur, ona görə bunu və qismən mənim günahıma görə «compromise» edilən resursların mövcudluğunu üzürlü hesab etmək olar. Bu proloqa çox fikir verməyin, əslində sayta baxıb onun security səviyyəsini 5 dəqiqəyə müəyyən edə bilərəm — daha çox bilikdən deyil təcrübədən irəli gəlir.
Keçim mətləbə, adını rəsmən açıqlamayacağım bir şirkət var. İnternet sahəsində öz ölkəsində özünü lider hesab edir, və başqalarına da hesab etdirməyə çalışır (özüdə zor güc ilə ).
Bu şirkətin vaxtı ilə bir saytı var idi, və həmin saytda orta səviyyəli bir deşik var idi. Bunu tapan insaflı bir adam onlara bu haqqda xəbər verdikdən sonra, nə bir tədbir görülmüş nədə ki minnətdarlıq bildirilmişdir. Əksinə həmin şəxsin işlədiyi şirkət və iştirak etdiyi ictimai qurumlara qarşı səviyyəsiz «sözatmalar» işıq üzü görüb.


( Читать дальше )
  • -1
  • 10 декабря 2009, 18:31
  • Emin
  • 33