#aztwi meetup

IT aləminin kollektiv görüşlərində artıq neçə illərdir ki iştirak edirəm. Yeni tanışlıqlar, yeni insanlar…  İlk kompüterimi 1999 almağıma baxmayaraq, AzNetə ilk olaraq 2001-ci ildə mIRC proqramından qoşuldum. O vaxtlar hələ 12 yaşım var idi və maximum Counter-Strike oynayırdıq. mIRC-də ilk olaraq «dal.net» sonra isə 2001-də yaradılmış «chat.az» serverlərində otururdum. Elə o vaxtdan @Amidos (IRCop chat.az) tanıyırdım. + Elnur Bayımov və dig. insanlar #bakililar kanalını idarə edirdilər. İlk dəfə 13 yaşımda  #bakililar, #azerinet və #help kanallarının görüşlərində olmuşam. Bu görüşlər «Cобрание» deyə adlandırılırdı. Sonra «Lineage2» oyun sevərləri ilə görüşlər edirdik. mIRC-də aktivlik yox olduqdan sonra, AzNetdə passivləşdim. www.bakmil.com, www.anit.az və digər İT saytların keçirilən görüşləri haqqında xəbərim var idi, amma qoşulmurdum. AzNetə bir qədər sonra, 2008-ci ildə qoşuldum. İlk dəfə www.disput.az, sonra öz layihələrim olan www.itexpert.az , www.qwe.az və s. aktivlik göstərirdim. Əsəsan kollektiv layihələr olan bu saytlarda bir çox insanla tanış oldum,party-lər etdik. Bu görüşləri #qwe_party, #it_party adlandırırdıq. Sonra twitter mikrobloqunun inkişafını nəzərə alsaq, bu görüşlər #twiparty_az, #aztwi_party və s. adlandırıldı. İllər ərzində layihələrə görə bu görüşlərin adı dəyişir. Hal-hazırki görüşlər, twitter üzərindən elan verilir və #meetup_az adını alıb.

Növbəti #meetup 17 sentyabr 2011 tarixində keçirildi. İlk olaraq ideya Rüfətdən (@AngryBabayev) gəldi, sonra

( Читать дальше )