Tülkünü milliləşdirək

Salam əziz qwerty əhli :)

Bu gün internetdə qurtdalanarkən artıq məşhur saytların çoxunun Azərbaycan dilində istifadəsinin mümkün olduğunu gördüm. Elə bununla da ağlıma əvəllər gerçəkləşdirə bilmədiyim bir fikir gəldi. Firefox 3.5 versiyasını milliləşdirmək. Çünki Azərbaycanda rus və ingilis dilini bilməyən çox insan var. Məncə onlara ilk Azərbaycan dilində brauzer kimi Firefox-u göstərsək 1 gülləyə 2 quş vurarıq. Həm millət Firefox ilə daha təhlükəsiz internetə qovuşar. Həm də İnternet Explorer aradan çıxardıb Firefox-u irəliyə apararıq.
Təəssüflər olsun ki, bu məsələnin bir «amma»-sı var. Mən tək etsəm bu iş çox uzanar. O vaxta kimi də Firefox 4.0 çıxar. Ona görə də sizlərdən ibarət olan kiçik 1 komanda yığmaq istərdim. Ama elə insanlar lazımdı ki, artıq hər hansı 1 saytı və s. bunun tipli nə isə tərcümə etmiş olsun. Qısaca desək iş bacarığı olmalıdır ki, tərcümə peşəkarcasına alınsın.



( Читать дальше )
  • +1
  • 17 декабря 2009, 19:40
  • Acid
  • 7