
Rabitə və İnformasiya Texnologiyaları nazirliyində NETTY 2010 müsabiqəsinin bu ilki ilk iclası keçirildi. Tədbir zamanı konsepsiya məsələlər, nominasiyaların artırılması, müsabiqənin keçirilmə vaxtı və şərtləri müzakirə edilib. İclasın nəticələrinə görə NETTY 2010 keçirilmə qrafiki təstiqlənib.
Müsabiqə mart ayının əvvəllərində başlayıb, 17 may tarixində təntənəli mükafatlandırma mərasimi ilə başa çatacaq. Onu da əlavə etmək istərdik ki, "Ən yaxşı elektron kommersiya saytı", «Gənclər saytı» və "Ən yararlı sayt" nominasiyaları əlavə edilib. Eləcə də, akademiklər müsabiqə qaydalarında müəllif hüquqları ilə bağlı bəndi sərtlərşdirmək qərarına gəliblər.
//3w.infocity.az