Facebook səhifəmi necə yeniləyim?

Dünən Facebook sosial şəbəkəsinin San-Franciskoda keçirilən F8 konfransı barədə sizə məlumat + online translyasiya təqdim etdim. http://elekberov.com/facebook-f8-kofransi/

Ele konfrans bitdikdən sonra Facebook developerləri yeni Timeline xidmətini təklif etdilər. Bu, şəxsi səhifələrin yeni stildə olması deməkdir. Yeni səhifədə yuxarıda Portret yerləşir ki, bu da səhifəni çox gözəl edir. Ondan sağda zaman şkalası yerləşir ki, siz keçmişdə yazdığınıız postları indidə asanlıqla əldə edə biləsiniz. Portretin altında, şəxsi məlumatınız ilə birlikdə, foto qalereya, dost siyahınız, səhifələriniz, siyahılarınız və dig. servislər yerləşib. Oradakı kiçik düyməyə basmaqla, digər pəncərəyə yerləşməyən servisləri də əldə edə bilərsiniz. Bir qədər aşağıda isə sizin sevimli status bar yerləşir. Bəli, indi artıq yeni stildə. İki kolonkadan ibarət status barın ortasında bir xətt gedir. Bu xətt sizin yazdığınız postların vaxtını göstərir. Eləcədə bu xəttin üzərinə gətirərək, + düyməsini görə bilərsiniz. + düyməsi köməyilə istənilən keçmiş vaxta post edə bilərsiniz! Səh. misalı: http://www.facebook.com/farikus

İndi isə şəxsi səhifənin necə yenilənməsi haqda danışaq: İlk olaraq bu səhifə üzrə keçib, qaydalarla razılaşın (Bu Facebook sosial şəbəkəsinin proqram təminatı bölməsidir): https://developers.facebook.com/apps



Yeni proqram təminatı hazırlayırıq (bu düyməcik səhifənin sağ yuxarı hissəsində yerləşir)

( Читать дальше )

Bakcell new site

Bu operatorlar heç vaxt bir yerdə durmurlar və hər gün yeni işlərə qədəm qoyurlar. Yeni stendlər, yeni reklam bannerləri, yeni xidmətlər, yeni paketlər və s… İndi də sayt yeniləmək moda düşüb. Əslində bu pis adət ənənə deyil. İldə bir dəfə saytı yeniləmək istifadəçiyə narahatlıq törətsədə, bu bir neçə gün çəkir və bundan sonra istifadəçi özünü daha rahat hiss edir. Amma gərək saytı elə dəyişəsən ki, problem də yaranmasın. Ümumi görünüşün birdən-birə dəyişməsi, istifadəçilərə çox pis təsir edir. Hə, nəisə, bu araşdırmanın dərinliyinə getməyək, keçək əsas mövzuya. İndi də, saytını yeniləmək üçün deyəsən Bakcell şirkəti can atır. =) Bu yaxınlarda NarMobile.com saytının gözəl stildə yenilik edilməsi, bəlkə də Bakcell-i bu addım atmağa vadar edib. Siz birdən deyərsiz ki, bəs nə bilim sənin hardan xəbərin var? oO


( Читать дальше )
  • +1
  • 04 августа 2011, 02:15
  • Farik
  • 4

Yeni alma store !!!

Bu gün həmişəki kimi internetdə surfing edərkən, facebook-da İnfoCity jurnalının səhifəsində yeni xəbərə rast gəldim. Apple şirkətinin Azərbaycandakı nümayəndəliyi olan Alma Store, sabah, yəni ayın 30-u, şəhərin ən tanınmış küçələrindən biri olan, Nizami küçəsində öz dükanının açılışını edir:

Tarix:
30 iyul 2011 · 18:00 — 21:00

Keçiriləcək yer:
Nizami küç 81
Baku, Azerbaijan

Təşkilatçı:
Alma Store [OFFICIAL]

Əlavə məlumat:

( Читать дальше )
  • +1
  • 29 июля 2011, 14:34
  • Farik
  • 8

Web sual-cavab sistemi - Cavablar.net

Yeni hazırladığım saytı təqdim etmək istəyirəm: Cavablar.net — Azərbaycan türkcəsində web sual-cavab sistemi. Bildiyiniz kimi bu sahədə boşluq mövcuddur və Aznet-də istifadəçilərin tez-tez rastlaşdıqları sualların cavabları ilə birlikdə mərkəzləşdirilməsi fikrimcə pis ideya deyil. Universal sual-cavab sistemi də qurmaq olardı, amma hələ ki sırf web mövzusunda Yahoo Answers tipli sistemin qurulmasına qərar verdim.

Sayt wordpress nüvəsi üzərində qurulub, pluginlərdən geniş istifadə olunub, amma saytı tələb olunan şəklə gətirmək üçün eyni zamanda istər pluginlərə, istərsə də wordpress nüvə fayllarına çoxlu kod müdaxilələri edilib. Hələ ki sayt release versiyasında deyil, qarşıdakı bir neçə ayda beta-dan çıxmaq gözlənilir.

Saytda istifadəçilərin qeydiyyatdan keçmək və ya növbəti gəlişdə parolu yada salmaq əziyyətindən qurtarmaq üçün Facebook connectdən istifadə olunub, istifadəçilər Connect düyməsinə tıklamaqla, müvafiq Facebook APİ-sinə icazə verməklə saytda həm hesab açmış, həm də hesaba daxil olmuş olacaqlar.

Aznet istifadəçilərinin böyük əksəriyyəti qeyri İT sahəsinə aid olduqlarından internetdən istifadələri yalnız bir neçə saytın istifadəsi ilə məhdudlaşır. Ona görə xüsusən bu tip istifadəçilərin köməyə ehtiyacı var: ixtisasına aid material tapmaqda, sosial şəbəkə və emaillərdə təhlükəsizlik məsələlərində, internet-dələduzlardan qorunmaqda və.s. Saytda kafi olacaq qədər baza toplanandan sonra sayt geniş şəkildə tanıdılacaqdır.(Facebook ads,pages, digər saytlarda, bloqlarda və.s.)

Saytın təkmilləşdirilməsi istiqamətində təkliflərinizi gözləyirəm. Özümdə də xeyli ideyalar var, inşallah yaxın zamanda reallaşdırarıq.
  • +1
  • 08 июня 2010, 00:30
  • Elliot
  • 6

qwerty update 25.03.2010

Hamınızı salamlayıram. Bu gün səhərdən yaranan problemlərə görə üzr istəyirik. Sistem livestreet 0.4 beta versiyasına yenilənib. Hal-hazırda yenilənmə və texniki işlər gedir. Bu işlər qurtardıqdan sonra isə, sizlər üçün yeni dizayn təqdim ediləcək :)

Sistemdə hansı problemlər sizi narahat edirsə bu mövzuda yaza bilərsiniz.

Coming soooon…

Update1: Artıq siz xoşunuza gələn xəbəri, twitter və facebook sosial şəbəkələrindəki dostlarınız ilə paylaşa bilərsiniz. Düyməciklər hər xəbərin sonunda, sosial şəbəkərin logosu ilə işarələnib.
  • +1
  • 25 марта 2010, 15:16
  • Farik
  • 9

QİP İnfiumun yeni versiyası buraxıldı

Bir çox ismarıc mübadiləsi sistemlərini (ICQ, Mail.ru Агент, Я.online, GTalk, SIPNET, LJ Talk), unicode, bir neçə istifadəçi hesabı və əlavə modullar dəstəkləyən QİP İnfium yenilənib, facebook və twitter-i də dəstəkməyə başladı.

Son buraxılışda çox yeniliklər olub. Bunlar:

* Facebook və Twitter protokolları əlavə edilib (Facebookda oflayn rejimdə ismarıc göndərişi dəstəklənmədiyi üçün söndürülüb)
* Kontakt listdə avatarlar
* Yeni seçim hüququ: Giriş zamanı səhifələri yeniləmə
* Bütov smaylik siyahısının siçanın sağ düyməsi ilə açılması (və yaxud Alt+Shift+D)
* Yeni smayliklər (Kolobok big pack)


( Читать дальше )