NETTY 2010 Milli İnternet mükafatında iştirak etmək üçün ərizələrin qəbulu başlanıb

5 mart 2010-cu il tarixində “Novosti beynəlxalq mətbuat mərkəzində” NETTY 2010 Azərbaycan Milli İnternet mükafatının yeni mərhələsinin başlanması haqqında elan olundu.
Müsabiqənin Təşkilat komitəsinin nümayəndəsi Qaçayev Ramilin sözlərinə əsasən müsabiqənin şərtlərinə uyğun olaraq qeydiyyat, 5 mart tarixindən başlayaraq 28 aprel tarixinədək aparılacaq. Müsabiqənin iştirakçısı və ya virtual jürinin üzvü hər qeydiyyatdan keçmiş, müsabiqənin qaydaları ilə razılaşan və Təşkilat Komitəsi tərəfindən bəyənilən www.netty.az-ın istifadəçisi ola bilər. 28 aprel tarixindən 7 may tarixinədək virtual jürinin səsverməsi keçiriləcək və bu səsvermə nəticəsində mükafatın nominantları elən ediləcək. Jürinin hər bir üzvü Mükafat boyunca bir səs hüququna malikdir və səsi qeydə alınması üçün hər bir nominasiyada səs verməyə borcludur. Hər təqdim edilmiş kateqoriyada üç nominant müəyyən edilir.


( Читать дальше )
  • +2
  • 05 марта 2010, 15:59
  • Farik
  • 10