Sosial Yeniliklər Düşərgəsi: Tez-tez verilən suallar

SYD_loqo
Sosial Yeniliklər Düşərgəsi (SYD) nədir?
SYD internetlə bağlı sosial ideyaların düşərgəyə qədər qəbulu, onlar içindən seçilən 4-8 layihənin düşərgədə reallaşdırılması və sonda ən yaxşısının mükafatlandırılması müsabiqəsidir.

SYD kimlər üçündür?
SYD internet və kompüter sahəsində heç bir xüsusi bacarığı olmasa da əla sosial internet layihə ideyası olan istənilən şəxslər, eləcə də proqramçı, veb developer, koder, dizayner, marketoloq, brend mütəxəssisləri, biznes düşüncəli insanlar və bu kateqoriyalara aidiyyəti olan digər şəxslər üçündür.

SYD-yə necə qatılmaq olar?
SYD-yə 2 formada qatılmaq olar:
1. İdeya sahibi qismində. Bunun üçün İdeya göndərin bölməsində olan formanı 25 avqusta qədər doldurmaq lazımdır.
2. İştirakçı qismində. Bunun üçün İştirak üçün müraciət edin bölməsində olan formanı 25 avqusta qədər doldurmaq lazımdır.

Həm ideya sahibi, həm də iştirakçı qismində qatılmaq olarmı?
Siz hər 2 formanı doldurub göndərə bilərsiniz, lakin Sizin hansı qismdə düşərgədə iştirak edəcəyiniz Sizin ərizə formanızda yazacağınız göstəricilərdən asılı olaraq münsiflər tərəfindən qiymətləndiriləcək.

SYD-yə qatılmaq üçün yaş, cins, peşə və s. məhdudiyyət varmı?
SYD-yə qatılmaq üçün heç bir belə məhdudiyyət yoxdur.

SYD-yə bir nəfər bir neçə ideya verə bilərmi?
SYD-yə bir nəfər bir neçə ideya verə bilər, ancaq düşərgəyə bir nəfərin ən çoxu bir ideyası buraxılacaq.

SYD-də mükafat nə qədər olacaq?
Hal-hazırda bir sıra səbəblər üzündən bu məbləğin açıqlanması məqsədəuyğun hesab olunmur. Amma əmin ola bilərsiniz ki, düşərgədə həyata keçirəcəyiniz layihənin qalib gələcəyi təqdirdə qazanacağınız mükafat Sizə bəs edəcək, çünki nəzərdə tutulan məbləğ dünyanın digər ölkələrində keçirilmiş Sosial Yeniliklər Düşərgəsinin qaliblərinə verilmiş məbləğə uyğun olacaq.

SYD-də münsiflər heyətində kim olacaq?
Münsiflər heyətinin əksəriyyəti xaricdə bu tipli düşərgələr təşkil etmiş və ya münsiflər heyətində olmuş xarici ekspertlər və az bir qismi Azərbaycandan olan ekspertlər olacaq.

SYD harada və nə vaxt keçiriləcək?
Sosial Yeniliklər Düşərgəsinin təşkilati xüsusiyyətləri ilə əlaqədar olaraq bir neçə məkanla hazırda danışıqlar aparılır. Hansı məkanın seçiləcəyi Sosial Yeniliklər Düşərgəsinin miqyasından asılı olacaq. Keçirilmə vaxtı sentyabrın birinci yarısına təsadüf edəcək.

Əgər yenə də bəzi suallarınız qalırsa, bizimlə əlaqə saxlamaqdan çəkinməyin.