Bu gün Google+ da Rüstəm Əliyevin bölüşdüyü məlumat mənə çox maraqlı gəldi:
Rustam Aliyev — 18:27 — Для всех
O vaxtı evə internet alanda bu sayt olsaydı əziyyət çəkməzdim: )
Yoxla.az — əvvəl yoxla, sonra al
Hər hansı bir məhsulu, xidməti almazdan əvvəl yoxlayın, sonra alın. Yoxla.az sizə genişzolaqlı və mobil internet, digər xidmətləri yoxlamaq imkanını verir
Elə o saat bu link üzrə keçdim ki, görüm nə layihədir… Budur:
Azərbaycanın ilk internet provayderlərindən olan Connect şirkəti, ADSL qiymətlərində yox, sürətlərində dəyişiklik etdi. Əldə etdiyimiz məlumatlara görə, indi:
2048/1024 – 20 AZN
3072/1024 – 30 AZN
4096/1024 – 40 AZN
5120/1024 – 60 AZN
8192/1024 – 80 AZN
10240/1024 – 250 AZN
Qoşulma haqqı: 10 AZN
Yəqin ki, digər internet provayderlərdə də, bu günlərdə bir dəyişiklik görəcəyik.
Əlavə1 (29.07.2011 16:31): @ConnectAZ:
CONNECT-dən «Bakı küləyi» kampaniyası! / Кампания «Bakı küləyi» от CONNECT t.co/0853qlI
5 minutes ago
Son zamanlar provayderlərimizin keyfiyyətsiz xidmətləri haqqında çox danışılır və İnternet sahəsində çalışan mütəxəssislər kimi bu hal bizi çox narahat edir.
Şirkətlərimizin fəaliyyətini araşdıran saytı olaraq Ölkəmizdəki ADSL xidmətinin real vəziyyətini təyin etmək və ictimai fikiri öyrənmək üçün keçiririk.
Göstərilən ADSL xidməti Sizi qane edirmi?
Provayderiniz və ya ATSiniz Sizə lazımı xidməti göstərirmi?
Sorğunun nəticələri geniş kütləyə yayılacaq, eyni zamanda provayderlərin və müvafiq qurumların diqqətinə də çatdırılacaqdır. Azərbaycanın bütün ADSL istifadəçilərini bu sorğuda aktiv iştirak etməyə dəvət edirik. Xahiş edirik ki, sorğunu dostlarınız arasında da yayasınız.
Birbaşa keçidlər: və ya
Saytınıza bu sorğunun bannerlərini yerləşdirmək istədyiniz halda bizə müaciət edin.
Sorğuda iştirak edəcək və bu işdə əməyi keçəcək hamıya təşəkkür edirik!
Əziz Gənclər, Sevib — Sevilənlər və Özünü Gənc Hiss Edənlər!
Amerika Telekommunikasiya şirkətinin regional nümayəndəliyi olaraq Sizləri 14 fevral – Əziz Valentin Günü münasibəti ilə təbrik edir və “Sevgilim” Tarif Paketini təqdim edirik.
AvirTel MMC “Sevgilim” Tarifi çərçivəsində 512 kbps – 2048 kbps tariflərinə 50% güzəşt elan edir!!!
♥ 512 Kbps = 12,50 manat
♥ 768 Kbps = 14,50 manat
♥ 1024 Kbps= 17,50 manat
♥ 1536 Kbps = 23,00 manat
♥ 2048 Kbps = 27,50 manat
Tələsin! Aksiya 21 fevral 2010-cu il tarixinə qədər davam edəcək.
Bütün sürətlərdə modem 3 aylıq kreditlə verilir.
Qeyd: Kampaniya bütün sevən və sevilənlərə şamil edilir.
Zərif Hisslərinizi yüksək sürətimizə etibar edin!!!
Bir neçə aydır ki, evə ADSL çəkmək istəyirdim. Bəli çox axtarışdan, sorğu sualdan sonra seçimimi bir neçə provayderlə yekunlaşdırdım. Demək olardı ki, artıq 1 aydır Azərbaycanda provayder qalmamışdı ki, onu haqqında məlumat toplamayım. Nəticədə fikrimi Superonline, Connect, Uninet(Stream), Azeronline provayderlərində cəmləşdirdim.