
26 may 2010-ci il tarixində saat 15:00-da “Biliklər Mərkəzi” (Центр Знаний) şirkəti tərəfindən təşkil ediləcək və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Təhsil Nazirliyi tərəfindən dəstəklənən “START UP” layihəsinə həsr olunmuş mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, “START UP” layihəsi Cisco-həlləri istiqamətində qrantların alınması üzrə universitet tələbələri arasında keçirilən birinci müsabiqədir.
Qrantlar aşağıda adları sadalanan dörd istiqamət üzrə veriləcək:
CCNP (Cisco Certified Network Professional)
CCVP (Cisco Certified Voice Professional)
CCSP (Cisco Certified Security Professional)
CCIP (Cisco Certified Internetwork Professional)
Mətbuat konfransı Kaspian Plaza Biznes Mərkəzinin konfrans-zalında (2-ci mərtəbə) keçiriləcək.
Əlavə məlumat üçün əlaqə telefonu: (012) 417 12 20.
//mincom.gov.az
Məni bu cümlə çox maraqlandırdı:
Qeyd edək ki, “START UP” layihəsi Cisco-həlləri istiqamətində qrantların alınması üzrə universitet tələbələri arasında keçirilən birinci müsabiqədir.
(
Ətraflı
)