Saytım harada yerləşsin?

Bu günlərdə hostingimin lap zayı çıxdığından bu mövzuya da toxunmaq fikrinə gəldim. O gün uşaqlar tvitterdə deyir ki, bəs database ilə bağlı problemin var. Hostingimi Rusiyadan götürdüyüm üçün, onlara müraciət etdim. Servis deyir ki, bəs sizin sayt L12 serverində yerləşib, Database`lər isə L13 serverində. L13 ilə hal-hazırda problemimiz var… Bu problemdə artıq 1 həftədirki çəkir… Lap bezdiriblər məni… Bu ilin axrında hostingə ödədiyim vaxt bitdikdə, yeni hostingimi Azərbaycanda götürəcəm. Ona görə elə indidən, gəlin Azərbaycan hostingləri ilə tanış olaq. İlkin olaraq, 5 aktiv hosting haqqında danışaq. Bunlar: ActiveCloud, Adanet, SahilHost, SuperOnline Hosting və Yer.az hostingidir. Bu hostinglərin qiymətləri, təklif etdikləri xidmətlər, servis və digər xüsusiyyətləri ilə yaxından tanış olaq.



O gün işdən evə gələndə, mama dedi ki, Fərhad nə yeyirsən? Dedim nə verəcəksən onu da yeyəcəm. Restoran deyil ki, sifariş edim, hazırlasınlar =)) İndi bu hostinglərdə nə təqdim edir, onu da yeməli oluruq. Əgər servis gec cavab verirsə, buna məcbur qalıb, gözləməli oluruq. Qiyməti isə bazar deyil ki, aşağı salaq. İndi isə hostinglərə nəzər salaq:

Hostinglərlə bir-bir tanış olaq. Birinci tanış olacağımız hosting www.activecloud.az `dır. ActiveCloud şirkəti 2003-cü ildə Belarusiyanın Minsk şəhərində yaranıb. Sonradan 2010-cu ildən SoftLine şirkətinin bir hissəsinə çevirilərək, Azərbaycanda da fəaliyyətinə başlayıb. Saytda yuxarıda dil seçiminə keçdikdə, gördüm ki, hal-hazırda 5 ölkədə hosting xidmətləri göstərirlər. Bu Azərbaycan, Belarusiya, Gürcüstan, Rusiya və Özbəkistandır. Saytda məlumatın həddən artıq olduğunu nəzərə alsaq, beyaxdan menülərin içində batmışam. Əskərlikdən sonra, Azərbaycanda belə bir provayderin olması haqda xəbərim yox idi.

Gəlin Active Cloud təqdim etdiyi xidmətlərlə tanış olaq:
Domen qeydiyyatı: 37 müxtəlif domendə qeydiyyatdan keçmək imkanı. Qiymətlər 8 manatdan başlayıb, 52 manatda qurtarır. Mən elə bilirdim bizim 40 manatlıq .az domenindən baha domen yoxdu… Demə var imiş… “.aero”! Domenlərin qiyməti

Virtual hostinq (Shared hosting) — saytınızın digər müştərilərin saytları ilə yanaşı bir fiziki serverdə yerləşdirilməsi deməkdir. Bu hostinq növü geniş imkanlara və aşağı xidmət edilmə qiymətinə malik olmaqla, daxilolmalarının həcmi bir sutkada 1000 nəfər təşkil edən fərdi və korporativ saytlar üçün optimal həlldir. ActiveCloud hostingində bizə təqdim olunan virtual hosting qiymətləri ilə tanış olaq (LiveStreet CMS`ində cədvəl dəstəklənmədiyinə görə, yazılı şəkildə qeyd edirəm. Cədvəl ilə www.elekberov.com blogumdakı yazıda tanış ola bilərsiniz):

( Читать дальше )
  • 0
  • 06 октября 2011, 15:40
  • Farik
  • 2

Mənasız hekayə və ya Əhmədlidə internetsizlik dərdi :)

Bir neçə aydır ki, evə ADSL çəkmək istəyirdim. Bəli çox axtarışdan, sorğu sualdan sonra seçimimi bir neçə provayderlə yekunlaşdırdım. Demək olardı ki, artıq 1 aydır Azərbaycanda provayder qalmamışdı ki, onu haqqında məlumat toplamayım. Nəticədə fikrimi Superonline, Connect, Uninet(Stream), Azeronline provayderlərində cəmləşdirdim.

( Читать дальше )
  • +4
  • 08 сентября 2009, 01:16
  • Acid
  • 10