Azərbaycanda yeni rabitə obyektləri istifadəyə verilir

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci il dönümü münasibəti ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) müəssisələri tərəfindən yeni rabitə obyektləri istifadəyə verilir.
Belə ki, Aztelekom İstehsalat Birliyi tərəfindən bu günlərdə Bərdə rayonu Mirzəbəyli kəndində 256/30 nömrə tutumlu yeni elektron tipli ATS quraşdırılaraq əhalinin istifadəsinə verilib. Bundan əlavə Şəki rayonu Baş Küngüt kəndində genişləndirmə işləri nəticəsində əlavə 128/30 nömrə tutumlu EATS quraşdırılıb. Tovuz rayonu Aran Yanıxlı kəndində isə əhalinin istifadəsinə 48/30 nömrə tutumlu elektron tipli mini ATS verilib.

( Ətraflı )
  • +1
  • 08 мая 2010, 16:41
  • Farik
  • 1

Delta telekomdan xəbərsiz sürət artımları? :)

Bu gün cnews.ru -dan aldığım məlumata görə, Delta telekom, Rostelekomdan aldığı 2,5 gb/s sürətini dörd dəfə artırıb, 10 gb/s edib. Bu da xəbərin originalı (Azərbaycan dilində tərcümə etmişəm):

«Rostelekom» «Delta telekom» üçün sürətləri dörd dəfə, yəni 2,5 gb/s-dən 10 gb/s-yəyə qədər artıracaq.

«Rostelekom»dan verilən məlumata görə, bu irəliləyiş, şirkətlər arası trafik mübadiləsinin çoxalmasına və Azərbaycan istifadəçilərinin internet xidmətləri keyfiyyətinin yüksəldilməsinə gətirib çıxaracaq.

«Bizim şirkətin gələcəkdə də „Delta telecom“ şirkəti ilə əməkdaşlıq aparacağı planlaşdırılır və bu yalnız Azərbaycan istifadəçilərini internet ilə təmin etməkdən ibarət deyil. Bu həm də, Qafqazda, Yaxın Şərqdə və Orta Asiyada böyük layihələrdə əməkdaşlıq deməkdir — deyə Anton Kolpakov bildirib».


Necə deyərlər, qız evində toydur, oğlan evinin xəbəri yoxdur. İnterneti alan biz, ruslar bizim yerimizə sevinib, xəbər yazırlar. Bəs bu Delta telekom neyləyir bu trafiki? Yeyəcək?) Xəbər eliyin sevinək də!
  • +1
  • 10 февраля 2010, 02:08
  • Farik
  • 9