en2az refresh base

Salam. Hamınızı xoş gördük. Axır günlər başımın çox qarışıq olduğundan, bura yaza bilmirdim. Məqalələr, şəxsi məsələlər və digər işlər… :) Hə, indi isə keçək əsas mövzuya. Son zamanlar İKT sahəsində yeni terminlərin yaranmasının çoxları şahid olub. Bunu əsasən developer`lər çox hiss edir.



Bunun üçün, biz də, en2az.net layihəsində bazanın yenilənməsi haqda müzakirələr aparıb, qərara gəldik ki, bizim hörmətli AzNet auditoriyası ilə bu prosesi həyata keçirək. Bunun üçün bizə bu sahədə bilikləri olan istifadəçilər lazımdır. Hal-hazırda 32 nəfər userimiz var, onlara da e-poçt vasitəsilə xəbər edəcəyik.

Birdə, elə burdaca sual vermək istədim. Yeni sözlərin əlavə edilib, müzakirəsi üçün, sizcə, hansı sistemdən istifadə edilməsi əla olar? Blog/Forum? və yaxud yeni əlavə olunan sözlər haqda məlumat olunsun, bəs edər? Çünki hər bir sözün səsverməsi sistemində, öz müzakirə üçün düyməciyi var. Düyməciyi basdıqda, yeni müzakirə səhifəsi açılır və istifadəçi öz mövqeyi ilə bölüşə bilir.

Əgər sizin bu sistemdə hesabınız yoxdursa, mənimlə farik@en2az.net ünvanı üzrə əlaqə saxlaya bilərsiniz.

//Mövzunu müzakirə edək, sizin hər hansı bir təklifiniz varsa, burada səsləndirə bilərsiniz.
  • +1
  • 26 июля 2011, 14:38
  • Farik
  • 6

Azərbaycanda terminoloji portal yaranır?

Bir neçə dəqiqə bundan əvvəl, İCQ-də bu barədə məlumat aldım :) Adını çəkməyəcəm, amma bizim istifadəçilərdən biridir. Bəs soruşun görək xəbəri hardan almışam? Deməli belə… Bizim «Tənqid və məsləhət» bloqunun 1 nömrəli nümayəndələrindən birinə çevrilə biləcək www.e-azerbaijan.info -dan oxudum xəbəri…

Ancaq xəbəri oxumamışdan əvvəl, bu böyük hərflərlə yazılmış cümlə, lap marağımı çəkdi:

Новости ИКТ Азербайджана!

Xəbələr İKT Azərbaycanın… Sözləri düzgün yerləşdirə bilməyiblər deyəsən… Amma indi keçək xəbərə:

Azərbaycan Milli Elmlər Akademiyası mütəxəssisləri tərəfindən, azterm.az internet portalında, akademiyanın terminoloji komissiya tərəfindən yaradılmış bütün Azərbaycan terminləri yerləşdirəcək.


( Читать дальше )
  • +3
  • 09 февраля 2010, 01:01
  • Farik
  • 4