İnternet həyatımızda yeniliklər

Son günlərdə Bloqosfer 2011 keçdiyi zaman, çox gözəl anlar yaşadıq. Çoxdandır görmədiyimiz insaları, Nabranda, 2-4 sentyabrda gördük, söhbət etdik. Bu da son ayların ən yadda qalan hadisələrindən birinə çevirildi. Bir neçə gündən sonra MilliNet başlaması da, çox böyük hadisələrdən biridir. MilliNet haqqında dünən bir qədər məlumat vermişəm, yəni demək olar düz 1 həftə qalır. Ancaq hələlik bu hadisələri kənara qoyub, bu günlərdə AzNetdə baş verən yeniliklər haqda sizi xəbərdar edim. Son zamanlar, aktiv və lazımlı layihələrin sayı artır. Elə yenilənən saytlarında sayı az deyil… Son bir neçə həftədə hansı yeniliklər baş verib? Hər bir yenilik barədə qısaca məlumat alaq.

Yeni "Yoxla.az" layihəsi açıldı. Yaradıcılar tərəfindən ADSL, mobil və simsiz internet paketlərinin qiymətlərini seçim ilə fərqləndirən servis təqdim olunub. Elə ana səhifədə də, servis tərəfindən təqdim olunan paketlərdə oldu. Ən sərfəli paket NAR mobile paketi olduğuna görə, Azərfon öz saytında belə bu haqda xəbər yayıb. Bu haqda bloqumdada məlumat vermişdim.

URL:

( Читать дальше )

New PayPal account

Bu günlərdə, Unibank-dan yeni VİSA Elektron Card əldə etdim. İnternetdə shopping çox vaxt lazım olur. Məsələn kitaydan çox vaxt xırda mallar gətizdirmək istədikdə, DealExtreme.com saytına müraciət edirəm. Yeni Samsung Galaxy üçün Case və Screen Protector almaq üçün saytda girdim və hər ikisini seçdim. Budur Case 2.30$, Screen Protector 1.60$. Ancaq necə əldə edim? PayPal account lazımdır… Gedək qeydiyyatdan keçək…

Bu gedişlərə başlamazdan əvvəl, sizin yadınıza salmaq istərdim ki, ilk dəfə bu haqda Sergey, www.qwe.az — «Azərbaycanın ilk və professional» İKT kollektiv blogunda, ətraflı məlumat vermişdi: Keçid , Əfqan isə eBay.com saytından e-shopping haqda post yazmışdı: Keçid

Lakin qeyd etdiyim yazılar rus dilində olduğundan, Azərbaycan dilində və daha ətraflı bu barədə məlumat vermək istərdim.

İlk olaraq PayPal.com saytına daxil oluruq. Giriş menüsünün aşağı hissəsində «New to PayPal? Sign up.» tapıb, seçirik.


( Читать дальше )