Cümə Sevinc Osmanqızı ilə

Dünən, yəni həftənin cümə günü ANS telekanalında analoji olaraq efirə «Cümə Sevinc Osmanqızı ilə» verilişi çıxmışdır. Dünənki buraxılış mövzusu Azərbaycan internetində məzmun problemi ilə bağlı idi. Facebook-da gedən müzakirədən başa düşmək olur ki, ayrılan vaxt çox az olsa da, veriliş maraqlı keçib:

Ilgar Mirza: ANS-dəki verilişi yazan olubmu?

Azer Abdullayev: baxan olub!!! Heqiqeten vacib movzudur
Gunay Kerimova: Yazmadım, amma baxdım İlqar
Tural Əlisoy: Men ele bildim tekrar idi. axira biraz baxanda anladimki yeni idi. gerek deyerdinki tezedir. tekrar olsaydi etrafli baxardim.
Azer Nazarov: Ilgar, mene avtograaaaaaaaaaaaaf:)twitterle yaz gonder:)

və yaxud başqa bir status:
Shaig Muradov: ANS-də internetlə bağlı verlişə baxdım. 6 nəfər üçün 1 saat. Reklamları da nəzərə alsaq heç adama 10 dəqiqə danışmağa imkan olmur.

Burciyev Nicat: ora qocaları çağırmaq düzgün deyil.
Qiyas Huseyn: veriliş başlıyanda dedim maraqlı bir veriliş olacaq. amma əksi oldu. İlqara imkan vermədilər amma verlişin yarsını danışdı :)
Numizmat Jazzbalayev: Heyif verilişin axırına çatdım… Amma səmimi söhbətin getdiyini düşünmürəm…
Shaig Muradov: @Nicat qocalarıda çağırmaq lazımdır əslində. Sadəcə 2-3 nəfər bir verliş üçün kifayətdir. 6 həddindən artıq çoxdur.
@Qiyas İlhar hələ az danışdı ). Aparıcı da kifayət qədər məlumatlı deyildi.
@Mammad Rüftət Gülməmmədov, Asim Mollazadə, Mürsəl A. İlgar M., Baba A., bir nəfəri isə tanımadım.
@Numizmat Belə verlişlərdə heç kim fikrini tam ifadə edə bilmir. Söhbət heç tam getmir ki, onun səmimi olub olmadığına qərar verilmiş olsun.

və s…

Şaiqin son statusundan başa düşmək olur ki verilişdə 6 qonağın beşi məlum, biri isə bizə hələ də nəməlum olaraq qalır =) Məndə verilişin axrına gəlib çata bildim. Ona görə yalnız internetdə əldə etdiyim məlumatları sizin diqqətinizə çatdıra bilirəm. Qonaqlar:

Rüftət Gülməmmədov, Asim Mollazadə, Mürsəl Əliyev, İlqar Mirzə, Baba Əliyev və X
X ilə qeyd etdiyimiz qonağın adını bu gün dəqiqləşdirib update vasitəsilə sizlərə çatdırmağa çalışacam. İndi isə sizə verilişdən qısa bir fraqment təqdim edim:



Hal-hazırda anstelekanali adlı YouTube istifadəçisinə verilişin vimeo-da keçən dəfəki kimi bütövlüklə yerləşdirilməsi ilə bağlı mesaj yazıb cavabını gözləyirəm. Bizi izləyin. Əgər yerləşdirilsə, 100% buraya əlavə edəcəm
  • 0
  • 19 июня 2010, 11:50
  • Farik

Комментарии (1)

RSS свернуть / развернуть
+
0
залейте на vimeo
avatar

Ramin

  • 20 июня 2010, 13:14

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.