Made by Ultra

Salam mənim əzizlərim =) Bir saat əvvəl hərbi kommisarlıqda mənə, bu ayın 20-nə qədər möhlət verdikləri üçün, ürəyimdə qalan mövzunu yazıram. Bu günkü mövzumuz, Ultra şirkətinin Nexus noutbukları barədə olacaq. İnternetdə nə qədər axtardım, bu barədə başqa bir bloq post tapa bilmədim ki, nümunə gətirim… Hə, keçək əsas mətləbə…

Əgər yadınızdadırsa, keçən ilin 14-16 avqustu, Gəncədə Barkamp Azərbaycan keçirilirdi… Orada mən bir gözəl Nexus noutbuku uddum…


Evə gələndə gördüm ki, Noutbuk və elektrik doldurucusundan başqa heçnə yoxdur. Sözün düzü heş HP noutbukuda alanda, üstündə drayver komplekti verməmişdilər… Əlbəttə ki, biraz işlətdikdən sonra, sistemi yenidən yazmaq lazım oldu. Birinci formatdan sonra, BIOS görünmür… Google-də nə qədər axtarmışam, uşaqlara nə qədər xəbər eləmişəm, deyillər nə bilim nədir. Belədiki mənim BIOS nəyimə lazım, kompüteri yandırırdım, özü üçün qara ekran olurdu, sonra da Windows açılırdı… Günlərin bir günü yenədə sistem yazmalı oldum… BIOS görmüyə-görmüyə nətər format edim? O saat beynimə evdəki LCD monitor girdi… Qoşub, Fn + F7 elədim, keçirtdim görüntünü LCD-yə… Bundan sonra day formatı və ilaxirə işləri çerez LCD görmüşəm… Həəə, elə bilirsiz LCD ilə olan problemim çətindi? Yoox… Burda nə var ki, VGA girişə şnuru qoşursan, Fn + F7 basırsan, monitora gəlir görüntü… vəssəlam… Problem drayverlərdədi… 2 gün EVEREST + Driver Genius ilə drayverləri yazmaq istədim, 2-3nü tapa bilmədim ki, bilmədim…

Drayver olmadıqda, əlbəttə ki, girirsən işlətdiyin markanın saytına, oradan modeli seçib, yükləyirsən… Bir giririk Nexus.az saytına… Bu gün gördüm ki, sayt yenilənib… Təbrik eləyirəm. Yuxarıda «Dəstək və Yükləmə» bölümünə keçirik… Mənim noutbukumun modeli, Nexus Azbook 2370s -dir… Mən onu orda necə tapım? Yoxdu? Cəhənnəm, bəlkə ona yaxın olan noutbuklarla drayveri eyni olar… Seçin Azbook 1xxxx, seçim edən kimi, atır əsas səhifəyə… Amma köhnə saytlarında belə deyildi… Açırdın, drayver siyahısı gəlirdi, amma… Basırdın, download yerinə, error gəlirdi ki, bu fayl serverdə yoxdur… Başqa noutbukların drayverləri isə var idi, amma ki, uyğun deyil axı…

Eləmə tənbəllik, durdum getdim Ultra şirkətinə… O vaxtlar Ultra şirkətinə yaxın işlədiyim üçün, bu mənim üçün problem deyildi… Şirkətin servisi, elə şirkətlə üzbəüz yerləşir… Pilləkənlə qalxıb, servisdə azı 20 dəqiqə gözlədim ki, məni alsınlar… Sonra bir qaqaş gəldi ki, bəs nə lazımdı, mən də dedim noxud… Hə, zarafat eləyirəm :) Dedim drayver lazımdı, bəs belə-belə, saytıvızda yoxdu, sizdə varsa, bu da mənim CD diskim, yazın içinə… Modeli soruşan kimi, qaqaş dedi ki, var… Bu da drayverlər üçün proqram təminatının şəkli:



Hələ diskin içində, belə bir RTF faylda tapdım:
rapidshare.com/files/407265924/Driver_list.rtf\

Kstati, noutbukun içində istifadə edilən hissələrin firmalarına diqqət yetirin =)Mən yazıq oları hardan tapaydım özüm… Hələ bu bütün siyahı deyil…

Hə, əsas sizə nə deyim, disk mənim, durub gəlmişəm ayağlarına, mənə dedilər ki, bəs — 5 manat. Dedim 5 manat nədi, deyir drayver yazmışam, onun pulu… Üzüm gəlmədi 5 manata görə olarnan spor edim… Amma bu nə deməkdi axı, 5 manat… Necə deyərlər, Azərbaycan sayağı servis oldu… Daşdanda pul çıxardır bizimkilər =)) Hə, onu da deyim ki, BIOS-la bağlı problemimi bildirdikdən sonra, mənə dedilər ki, bilmirik nədir…

Bu da şəkli, disk də özümün idi, üstünü də özüm evdə yazmışam:



Hə… bax belə… Sayt işləmir, drayver yoxdu, bios görmür nəyə görə sə… Bu da video, baxın görün nə əziyyət çəkirəm :)



Hə, birdə çox fikir vermişəm buna… Neus noutbuklarında çox vaxt, bu bədbaxt X hərfi düşür. Elə ona görə Neus yazdım indi… Gəncədən qayıdanda, Barkamp ofisində Xanım Cavadovanın Nexus netbookunda bu hadisəyə rast gəlmişdim… İndi də başıma gəldi…



Mənim sözlərim bu qədər, bəlkədə fikrimin dağınıq olduğundan, başqa heçnə yadıma düşmür, əgər sizində belə problemlər başınıza gəlibsə, yazın dərdləşək…

Hə, birdə onu əlavə edim ki, Nexus.az saytında, aşağı sağ tərəfə fikir verin… Facebook sosial şəbəkəsində, Nexus üçün qrup yaradılıb… Amma nədənsə, bu — Nexus sosial şəbəkəsi adlanıb… Onda bizimdə, QWE sosial şəbəkəmiz var =)
www.facebook.com/group.php?gid=229821281804
  • +1
  • 16 июля 2010, 16:07
  • Farik

Комментарии (20)

RSS свернуть / развернуть
+
0
Allah səni xoşbəxt eləsin, ay Farik.
avatar

kataloq

  • 16 июля 2010, 16:51
+
0
Çox sağolun Vahid müəllim)
avatar

Farik

  • 16 июля 2010, 17:54
+
+1
Əməlli başdı başua oyun açıblar ki bu boyda post yazmısan. Özudə videonan zadnan :)
Əskərlikdən qabağ yaxşı ürəyu boşaltdın :)
avatar

baxi

  • 16 июля 2010, 23:50
+
0
Demə-demə =) sadəcə yazdım ki, hamı bilsin… Birdə mənim başım çıxmır, indi hər noutbuk alan, 5 manat verib drayver alır servisdən?? Çünki saytda drayver yükləməsi işləmir… Məsələn, facebook-da ucadan qışqırırlar ki, Nexus Air çıxıb, belədi — elədi… Amma saytda drayverləri yoxdu…
İndi görərsiz, bu mövzunu oxusunlar… Elə üstünə düşəcəklərki drayverlərin… heç kim yazmırdı axı…
avatar

Farik

  • 17 июля 2010, 02:05
+
0
холодильник на фотке зачётный…
avatar

Serious

  • 18 июля 2010, 19:41
+
0
Это было в ХаджиКенд, третий день Баркампа. Отдых + результаты… А это ресторан (кафешкой назвать не могу, мест было 100+). Даже больше =) Все заселились)) А это типо барная стойка))))))
avatar

Farik

  • 19 июля 2010, 14:13
+
0
Hələ yadımnan çıxmışdı… Azərbaycan noutbuklarının klaviaturalarında — Azərbaycan hərfləri yoxdur…
Ultranın facebook səhifəsində bu URL-i atmishdim ki, oxusunlar… Uje oxuyub — siliblər linki =)) Deyillər birdən başqalarıda oxuyar)) amma nəsə Ultranın bir işçisi, girib nəsə yazmır))
avatar

Farik

  • 19 июля 2010, 20:07
комментарий был удален

+
0
avatar

malikrashidov

  • 21 июля 2010, 16:15
+
0
Очень прикольно наблюдать за тем как ULTRA дождались пока Фарик уйдет в армию и только потом написать пост где оправдываются да и странно как то, на другом ресурсе, да еще и на ресурсе клоне:) плюс оправдания какие то странные…
Да и как назвать оправдывающим пост где они подтверждают что 5 манат за дрова все таки должны взиматься:)
Я ничего против Ультры не имею, да и иметь не могу, так как ничего у меня из их производства нет:) Давайте уважать Народного производителя Бугагашечки
Жаль я не очень в теме… да и нет желания развивать эту тему;)
avatar

Cluster

  • 21 июля 2010, 22:38
+
0
Ochen prikolno shto vi tak demuaete…
avatar

malikrashidov

  • 22 июля 2010, 09:18
+
+1
Burada cavabı yazmamaqınızın səbəbi nədir?
Bir də, gozləyərdiz bir ilden sonra Farik qayıdanda yazardız da ;)
avatar

baxi

  • 22 июля 2010, 00:36
+
0
Bağışlayın da biz heç kəsdən xahiş etməmişdik bizim barədə yazıb əsgərliyə getsin…
avatar

malikrashidov

  • 22 июля 2010, 09:18
+
0
çünki Ultranın blogu başqa platformadadır. və ətraflı olaraq orada oxuculara izzahlı bildirdik. Göründüyü kimi burada da commentlə cavabı verdik.

deməli müəllifin yazını yazmağa hazırlaşdığı barədə ilk tviti 10 iyunu göstərir elə. son tviti isə 13 iyul. yazı isə 16 iyulda yazılıb. bir xeyli adam araşdırıb hazırlaşıb. Ultranın da araşdırma etməyi normal olaraq bir neçə gün çəkib. Araşdırmamış nə cavabı yazılmalı idi. Müəllifin özünün günahıdır ki, belə məqamda belə bir yazı yazıb.
avatar

malikrashidov

  • 22 июля 2010, 09:21
+
+1
Farik!Super! onsuz da geydirme brend idi,indi ise tamam zehlem getdi
avatar

xanuka

  • 22 июля 2010, 19:10
+
0
Xanuka, yaman emosial fikrə düşdünüz… Deyəsən, cavab yaman təsir elədi sizlərə… =)
avatar

malikrashidov

  • 23 июля 2010, 17:52
+
+1
Ultra şirketi Azerbaycanda bir çox yenileye sebeb olub,yerli kompyuter istehsal edib, elbetde dunya miqyaslı şirketlerle muqaise etmek düzgün olmaz, lakin Ultra şirketi yaxşı olardi ki, sehvi qebul edib onun helli üçün addım atsa, belece menfi pr-i müsbete çevirer ve müşteri memnuniyetini qazanmış olar, Apple iPhone 4 den sonra anten problemini qebul edib onun helli üçün yollar tapmışdı, problemler her zaman olur, o problemi görmemezlikden gelmemek sehvi sehvle silmeye çalışmaqdır.
Lakin bizde tenqid ederken etika serhedleri qorumalıyıq.
avatar

haciyev

  • 25 июля 2010, 16:13
+
-1
молодчик правильно написал! Только вот наши компании не задумываются об этом всем, да и им в общем то похер на клиентов, так как получают свои гранты, спонсирование от Государства, наебы… друг друга. Впихиваются всякие проекты народу это просто впрыск иллюзии для того чтобы показать какие они классные и содрать очередные инвестиции с государства, между прочем наших денег, которые мы выплачиваем, а потом за эти же деньги нам впихивают какой то продукт:) и такой политики придерживаются большинство:)
Когда у компании нет уважения к клиентам и пользователям своего продукта, тогда срать хотели эти клиенты и пользователи на эту компанию и ихнюю продукцию…
avatar

Cluster

  • 25 июля 2010, 18:05
+
0
Haciyev, biz sizinlə tam razıyıq. Məgər bizə normal şəkildə müraciət edilsəydi ki, filan bir problem var biz onu həll etməyəcəkdik?!
Bu şəxsdə isə problem olmadan narazılıq bildirib. Narazılıq edən şəxs, bir tərəfdə məhsulu tərifləyib bir tərəfdə pisləməz.

Mən qeyd etdim ki, bizdə texniki problemlər ucbatından hal-hazırda saytda driverlər yoxdur. Amma olacaq. Olana kimi, bu texniki dəstəyi servis mərkəzi edəcək. Xidmət göstərilməsə, başqa məsələ… Əksinə bu daha yaxşıdır ki, peşəkar texniklər tərəfindən proqramlar yazılır.
avatar

malikrashidov

  • 26 июля 2010, 09:23
+
0
Postu diqqətlə oxusanız görərsiniz ki,müştəri sizə normal şəkildə müraciət edib və deyib ki, filan bir problem var, lakin siz həll etməmisiniz.
avatar

valeh_h

  • 30 июля 2010, 18:20

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.