Şarik

Salamlar qüerty əhli, bu da mən, sizin tənqidçi blogeriniz, Fərhad Ələkbərov. Keçən dəfəki popsa saytlardan yazan kimi, o layihələrin adminləri və moderləri, başqa vaxt qwerty-də bir hərf də yazmasalarda, həmin mövzuda mənim özümü tənqid etməyə başladılar. Hər nə isə, təki xeyirlərinə bir nəticə çıxarıb, irəliləyiş eləyələr.

Bu günkü mövzumuz isə adından göründüyü kimi "Şarik" barədə olacaq. Yoox, bu it şarik deyil, bu AzNetin ən bahalı və ən birinci axtarış sistemi olan Şarikdi. Yəni ki, Yumroo! 2008-ci ilin axırlarında öz fəaliyyətinə başlayan Yumroo, bu gün sanki öz son günlərini yaşayır.
Nəyə görə son günləri?

Bir dəqiqə vaxtınızı www.yumroo.az saytına ayırın. Footer-ə (yəni saytın ən aşağısı) fikir verin:
"© Yumroo MMC, 2008-2009. Bütün hüquqlar qorunur"
Yəni artıq 2010-cu ildən 4 ay keçib, Yumroo proqramçıları bir dəfə də olsun buna nəzər yetirməyiblər və yaxud yadlarına düşməyib. Ən pis vəziyyətdə, Yumroo ofisində 2010-cu ilin əvvəlindən proqramçı qalmayıb.
Belə baxanda, cəhənnəm, istəyir 1401, lap eramızdan əvvəl 2000-ci il olsun, nə mənası var? :) Təki sayt işləsin… İşləsin?.. Yumroo.az daxil olub, axtarışa nəsə yazmısınız? Mən yazmaq istədim elə bil… Bax bu aşağıdakı link bütün qwerty əhlinə salam göndərdi :)
http://axtar.yumroo.az/yumroo/search.jsp?query=fgfgf&x=25&y=17

Həə, birdən nəsə, şarikin «Bizim haqda» səhifəsində yerləşən fantastik və heyranedici sözlər yadıma düşdü:
YUMROO axtarış servisi daima inkişaf edir və azərbaycan dilinin zənginliyinə, gözəlliyinə, müxtəlifliyinə və orijinallığına görə optimallaşır.

Heç olmasa o sözləri fikirləşən, ora yazandan ayıbdı. Düzəldin bu problemi :)

Cluster mənə bu mövzunu qaldırmağı məsləhət görəndə, job.yumroo.az -ın işləmədiyini də dedi… Girdim başladım bir-bir yumroo-nun servislərini yoxlamağa… Yallı, Xəbərlər, və s. normal işləyirlər. games.yumroo.az keçdikdə, yuxarıda "İş" düyməsinin üzərinə gətirib, ünvana diqqət yetirdim:
jobs.yumroo.az… Axı nəyə görə? Bütün səhifələrdə axı job.yumroo.az qalıb və həmişə belə olub? Ya yeni proqramist job.yumroo.az subdomenindəki faylların içində qarışıb, deyib elə jobs eliyim? İnanmırsınızsa, jobs.yumroo.az ünvanı üzrə keçib, axtarış panelinin altında, "İş" düyməsinin üzərinə gətirin. Linki görürsüz? job.yumroo.az :) Şəkil qoymağa həvəsim yoxdu, onsuzda bu mövzunu oxuyub, düzəldən deyillər.

Keçək başqa problemlərə… Yadınıza düşürsə 3-4 dekabr tarixində, "Azərbaycanın Birinci İnternet Forumu" barədə sizi məlumatlardırırdıq. Bu internet forumun ikinci günü, elə bilin ki, “Ən yaxşı İnternet layihə” müsabiqəsi keçirilməli idi… Müsabiqə vaxtı, 28 oktyabrdan, 4 dekabradək idi, səhv etmirəmsə… Sonra, guya saytların təqdim olunmadığı ucbatından, müsabiqəni 1 mart 2010 ilədək uzatdılar.
Burada məlumat var: internetforum.az/?task=concurs
Bir gün, yenədə «qwerty geek party»-də yığıldığımız zaman, yumroo-nun keçmiş proqramisti, kimin layihəsi var, versin, əla hədiyyələr olacaq, deyə hamımıza məlumat verdi. İndi adını çəkmirəm, söhbət də hədiyyənin kimin qazanacağından getmir. Bir layihəmi, 6 səhifə, onların istədiyi formada hazırlayıb göndərdim. Eləcə də Samurda (FreeYork) öz saytını təqdim etmişdi. Fevral ayında zəng edib, müsabiqə barədə məlumat almaq istədikdə, katibənin bu müsabiqə barədə xəbərsizliyi, sonra işə daha bir işçinin də bu barədə xəbərdar olmaması məni çaşdırdı. Sonra uzaqdan kimsə qışqıra-qışqıra dedi ki, mart ayının birinə kimidir, göndərin baxacayıq. Sağollaşdım.
Gəldi çıxdı bahar fəsli… Vaxtım olmadığından, Samurdan xahiş etdim ki, zəng edib soruşsun. Nə olsa yaxşıdı? Dedilər ki, heç bir sayt kriteriyalara uyğun gəlmir :) www.en2az.net təqdim etmişdim. Elvin Hacının işi olan bu sayt, sıfırdan yığılıb və maşallar başdan ayağa scriptdir :) Hər halda, e-mailimə mənim layihəmin qəbul ediydiyi, edilmədiyi barədə heç nə yazmamışdılar… 28 oktyabrdan bu yana, heç bir sayt onların xoşuna gəlməyib və ya hədiyyələr xoşlarına gəlib, özlərinə saxlayıblar :DD

Bu qədər… Yuxum gəlir, gedim yatım, sizsə şərh edin, mənim görmədiyim məqamları, sizdə yazın. Yadıma gəlir, Amidos deyirdiki, internetforum.az saytı dəlmə-deşikdi. Bir az başı çıxan insan, iki dəqiqəyə hacklaya bilər… Belə də olmaz da…
  • +2
  • 06 апреля 2010, 03:31
  • Farik

Комментарии (12)

RSS свернуть / развернуть
+
0
Gozel yazidir, Farik, aferin. Amma bu yazini yeni bir kateqoriya achib ora daxil edin — Web Qebiristanliq. :) Sharik adi da yeni tapintidir, bundan sonra ughurla istifade oluna biler. Artiq yumroo-nun olduyu hamiya melum, birce qalib bunu ozlerinin etiraf etmesi. yadimdadir, layihenin evvelinde IT aleminin aparici uzvleri hamiliqla sevinmisdi bu layiheye, tenqidler meslehetler edirdiler, bunlar ise mutexessislere metbuatla ele cavablar yazdilar ki, kimse bir daha onlara meslehet vermedi, meslehet mesxereye kechid aldi. chunki layihenin ideyasi ela olsa da, realizasiya ilk andan sonadek qeyri peshekarliqla aparilib. fiasko qachilmaz idi.
avatar

Elliot

  • 06 апреля 2010, 09:45
+
0
avatar

Serious

  • 06 апреля 2010, 15:06
+
0
Təşəkkürlər Farik.Maraqlı postdur. Sırf kommersiya üzərində qurulan sayt beləcə uçuruma doğru gedəcəkdir…

Mən artıq son 3-4 aydır ki, saytınızı gündəlik izləyirəm və postları oxuyuram.Uğurlar sizə.İnşallah burdakı tənqidlərdən,müzakirələrdən çoxları nəticə çıxaracaqdır.
avatar

sESo

  • 06 апреля 2010, 15:14
+
0
indide axtarishi deyesen tamam saxlayiblar :) hec ne axtarmir. yeqin ishleyib yoruldu
avatar

Shik0

  • 06 апреля 2010, 17:05
+
0
Nə işlədiki yorulsunda? =)
avatar

Farik

  • 06 апреля 2010, 17:19
+
0
ən azından buna cəhd elədi ))
avatar

Shik0

  • 06 апреля 2010, 17:42
+
0
Hər şeydə olduğu kimi, İT-də və İnternetdə də bir inkişaf təbii yolnan yavaş-yavaş getməlidir. Spontan və evristik sürətli qalxış uzunmüddətli və davamlı ola bilməz.
avatar

kataloq

  • 07 апреля 2010, 13:25
+
0
Artıq 15 dəqiqədir işlər başlayıb :)

Saytda test işləri aparıldığı üçün axtarış nəticələri qeyri-uyğun ola bilər
avatar

AzeriFire

  • 08 апреля 2010, 14:13
+
0
Bu isə job.yumru
ALTER TABLE `jb_bd_services` CHANGE `admin_only` `admin_only` ENUM('2') DEFAULT '2': ALTER command denied to user 'job'@'localhost' for table 'jb_bd_services'There was a software licensing issue, please contact support.
avatar

AzeriFire

  • 08 апреля 2010, 14:14
+
0


:)) Yaman işə düşüblər =) Bu biri problemləri də həll etsələr yaxşlı olar.
avatar

Farik

  • 08 апреля 2010, 14:26
+
0
Ana səhifədə «Xəbərlər» və «Oyunlar» bölümlərinin keçidləri yığışdırılıb! Deyəsən yeni proqramçı komandası yığdıqdan sonra, Yumroo nəsə eləmək istəyir!
avatar

Farik

  • 07 мая 2010, 21:07
+
0
Ele dedin, ele bil ki, evvel ishler kohne proqramchi komandasina gore getmirdi… problemler daha derindi… neise…
avatar

Adil

  • 08 мая 2010, 01:43

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.