Mobil axtarışda milli hərflərdən istifadə üçün mini-həll

Mobil telefonların əksəriyyətində milli hərfləri daxil edə bilmədiyimizdən bəzən kompüterdən kənarda olanda hər hansı dəqiq bir ifadənin axtarışı mümkün olmur. Əgər Google Azərbaycan dilini Yandex rus dilini bildiyi dərəcədə bilsəydi, təbii ki belə problem olmazdı, məsələn "ən hündür zirvə" ifadəsini «en hundur zirve» yazardıq, google da bunu anlayardı. Amma hazırda anlamır. Ona görə də javascriptin köməyi ilə bu problemi həll edən mini səhifə düzəltməyə qərar verdim.


Səhifənin ünvanı cavablar.net/m — dir. İstifadə qaydası sadədir. Məsələn "ən hündür zirvə" əvəzinə "e0n hu0ndu0r zirve0" yazmaq kifayətdir. Faydalanmaq istəyənlər telefon bookmarkına əlavə edə bilər. Yaxın günlərdə səhifəni daha da əlverişli etmək üçün düşünəcəm. Hələ ki səhifə bir neçə sətirlik sadə koddan ibarətdir.
  • +1
  • 29 июня 2010, 16:58
  • Elliot
  • 4

Web sual-cavab sistemi - Cavablar.net

Yeni hazırladığım saytı təqdim etmək istəyirəm: Cavablar.net — Azərbaycan türkcəsində web sual-cavab sistemi. Bildiyiniz kimi bu sahədə boşluq mövcuddur və Aznet-də istifadəçilərin tez-tez rastlaşdıqları sualların cavabları ilə birlikdə mərkəzləşdirilməsi fikrimcə pis ideya deyil. Universal sual-cavab sistemi də qurmaq olardı, amma hələ ki sırf web mövzusunda Yahoo Answers tipli sistemin qurulmasına qərar verdim.

Sayt wordpress nüvəsi üzərində qurulub, pluginlərdən geniş istifadə olunub, amma saytı tələb olunan şəklə gətirmək üçün eyni zamanda istər pluginlərə, istərsə də wordpress nüvə fayllarına çoxlu kod müdaxilələri edilib. Hələ ki sayt release versiyasında deyil, qarşıdakı bir neçə ayda beta-dan çıxmaq gözlənilir.

Saytda istifadəçilərin qeydiyyatdan keçmək və ya növbəti gəlişdə parolu yada salmaq əziyyətindən qurtarmaq üçün Facebook connectdən istifadə olunub, istifadəçilər Connect düyməsinə tıklamaqla, müvafiq Facebook APİ-sinə icazə verməklə saytda həm hesab açmış, həm də hesaba daxil olmuş olacaqlar.

Aznet istifadəçilərinin böyük əksəriyyəti qeyri İT sahəsinə aid olduqlarından internetdən istifadələri yalnız bir neçə saytın istifadəsi ilə məhdudlaşır. Ona görə xüsusən bu tip istifadəçilərin köməyə ehtiyacı var: ixtisasına aid material tapmaqda, sosial şəbəkə və emaillərdə təhlükəsizlik məsələlərində, internet-dələduzlardan qorunmaqda və.s. Saytda kafi olacaq qədər baza toplanandan sonra sayt geniş şəkildə tanıdılacaqdır.(Facebook ads,pages, digər saytlarda, bloqlarda və.s.)

Saytın təkmilləşdirilməsi istiqamətində təkliflərinizi gözləyirəm. Özümdə də xeyli ideyalar var, inşallah yaxın zamanda reallaşdırarıq.
  • +1
  • 08 июня 2010, 00:30
  • Elliot
  • 6

10 PHP Open Source redaktor

Komodo IDE (Windows, Linux, Mac)
PHP, Python, Ruby, Perl və Tcl, JavaScript, CSS, HTML və templatelər — RHTML, Template-Toolkit, HTML-Smarty və Django dəstəkli



( Читать дальше )
  • +3
  • 09 апреля 2010, 09:38
  • Elliot
  • 21

İnternet Explorer 6

Internet Explorer 6-nın istifadəçilərin menyusundan çıxarılması yönündə təbliğat aparılması üçün bir müddət başqa bir bloq da təklif etmişdim ki, hər bir developer saytına İE 6 ilə daxil olan istifadəçinin browser ekranına BROWSER-inin qeyri funksional və təhlükəsiz olması barədə xəbərdarlıq mesajı çıxarsın. Bu təkliflə razılaşanlar da oldu, razılaşmayanlar da.

Amma mən 2009-un sonundan bunu Xaricidil.net saytında həyata keçirmişdim. Google Analytics-in köməyilə İE 6-nın payının azalma tendensiyasına baxaq:(Burada saytda yerləşdirilən xəbərdarlığın rolunun nə dərəcədə olduğunu deyə bilmərəm)

Əvvəlcə ümumən son 6 ay ərzində sayta daxil olan istifadəçilərin browser statistikasına baxaq:

1. İE — 51.04% 2. Opera — 31.19% 3. Firefox — 19.15 %.

Aşağıdakı şəkillərdə İnternet explorer versiyalarının istifadədəki payı göstərilib və qeyd edim ki, bu aylar ərzində sayt istifadəçilərinin İE-den istifadə faizi demək olar ki dəyişməyib — 51% civarı olub.(Yaşıl sektor İE6-ya uyğundur, göy İE7, narıncı İE8. )

( Читать дальше )
  • +3
  • 09 февраля 2010, 12:52
  • Elliot
  • 4

PHP-də istifadəçini müvəqqəti blok etmə

PHP-də yazdığım istifadəçini müvəqqəti blok etmə skriptini paylaşıram. Ümumən blok etmə veb server səviyyəsində həll olunası işdir, amma burada söhbət istifadəçini müvəqqəti blok etməkdən (soft block :) ) gedir.
Veb səhifənin üst hissəsinə paste edin:


session_start();

$cehd_sayi_limiti=60; // 1 deqiqe
$blok_muddeti=120; // 2 deqiqe
$carivaxt=time();


if (!isset($_SESSION["yoxlama_vaxti_ses"]))
   {
     $_SESSION["yoxlama_vaxti_ses"]=$carivaxt;
     $_SESSION["yoxlama_say"]=0;
   }

$_SESSION["yoxlama_say"]=$_SESSION["yoxlama_say"]+1;

if ($_SESSION["yoxlama_say"]>=$cehd_sayi_limiti)
{
if (($carivaxt-$_SESSION["yoxlama_vaxti_ses"])<=$blok_muddeti and ($carivaxt-$_SESSION["yoxlama_vaxti_ses"])!=0)
   {
     echo 'Siz qısa zaman ərzində normadan çox sorğu göndərdiniz, sayt sizin üçün yalnız '.$blok_muddeti.' saniyədən sonra aktivləşəcəkdir.'; die();
   }
 else 
   {
     $_SESSION["yoxlama_vaxti_ses"]=$carivaxt;
     $_SESSION["yoxlama_say"]=0;
   }

}
  • +4
  • 18 января 2010, 16:02
  • Elliot
  • 4

Millinetin nəticəsi

Farikin gözəl postundan sonra onun qədər ətraflı olmasa da, o formatda mən də öz təqdim etdiyim saytın nəticəsinə toxunmaq istəyirəm:


1. Elnur Babayev: Saytın dizaynına 3 bal verib, heç bir iradım yoxdur, 3 bala layiq bilibsə, heç bir problem yoxdur. Qüsuru şərh verməməsidir.

2. Pərvin Əmirov: Saytın dizaynına 4 bal verib, Pərvin bəyə də heç bir iradım yoxdur, 4 bala layiq bildiyinə görə təşəkkür edirəm. Şərh çatışmır.


( Читать дальше )
  • +4
  • 19 декабря 2009, 14:30
  • Elliot
  • 17

"SMS dili" və axtarış problemi


Aznet istifadəçiləri internetdə yazışarkən Latın qrafikalı Azərbaycan əlifbasından(LQAƏ) daha çox ingilis əlifbası(İƏ) ilə yazırlar, nəticədə Azərbaycan «SMS dili» meydana çıxır. (Men gelirem, en yaxshi, mentiqli dushunce və.s.). Aznetin ümümi mətn bazasının nəhəng olmadığını və istifadəçilər tərəfindən daxil olunan informasiyanın(forum müzakirələri,twitter tweetləri, bloq şərhləri və.s.) əksərinin İƏ-də olduğunu nəzərə alsaq, bu önəmli bir axtarış probleminə gətirib çıxarır. Google Azərbaycan türkcəsini və Azərbaycan «SMS dilini» «bilmədiyindən» məsələn mən «məntiq testləri» axtarıramsa, «mentiq testleri» də axtarmalıyam, çünki məlumatlar ikiyə bölünüb, axtarmasam forumlarda,twitterdə mənə faydalı ola biləcək məlumatdan məhrum oluram. İnternetdən istifadə qabiliyyəti nisbətən zəif olanlar isə axtarış kəlməsini LQAƏ-də yazacaq, heç bir nəticənin olmadığını görüb geri çəkiləcək.

Bu problemin həlli yolları barədə fikrinizi öyrənmək istəyərdim. Hamını LQAƏ-də yazmağa məcbur etmək olmaz, çünki rahatlıq naminə əksəriyyət(o cümlədən mən) ingilis əlifbası işlədir. Nə etməli? Elə bir APİ(by Yahoo or by Google) qurub xüsusi pluginlə «SMS dilindən» milli hərflərə və tərsinə konvertasiya aparmaq çıxış yolu ola bilərmi?

P.S. LQAƏ ilə bağlı problemin əsas səbəbi isə QWERTY klaviaturasındadır, belə ki, populyar hərflər olan ə,ü,ö,ç,ş,ı QWERTY-də çox narahat yerdə yerləşdiyindən LQAƏ-də yazmaq İƏ-də yazmaqdan qat-qat çox enerji tələb edir. AMEA Kibernetika institutunda QWERTY-yə analoq olan klaviatura hazırlanıb və bu bir dissertantın namizədlik dissertasiyası da olub, klaviatura hazırlanarkən müxtəlif sahələrdən olan 10-larla kitabların kontenti analiz edilib, hansı hərfə hansı tezlikdə rast gəlinməsi araşdırırıb və yekunda QWERTY analoqu qurulub, amma onun tətbiqi məsələsi yəqin ki, problemli olacaq, bu dəfə də yeni düzümü öyrənmək çətin olacaq.
  • +3
  • 15 декабря 2009, 08:54
  • Elliot
  • 7

Email statistikası

Elm/təhsil kateqoriyasına aid saytlarımızdan birinin email statistikası ilə sizləri tanış edirəm, yəqin ki, bu az və ya çox dərəcədə ümumi Aznet reallığına yaxındır. Təxminən 5500 user emailindən istifadə olunub.



Mail.ru — 47.3 %
Box.az — 12.8 %
Yahoo! — 12.5 %
Hotmail — 9.4 %
Rambler — 6.2 %
Gmail — 5.9 %
Başqaları — 5.9 %

Göründüyü kimi Mail.ru (inbox,bk,list domenləri də birgə nəzərə alınıb) böyük fərqlə liderlik edir. Statistikanın aparıldığı sayt elm/təhsil kateqoriyasına aiddir. İT istifadəçiləri arasında bəlkə də Gmail lider olar. İT saytlarından biri belə statistika təqdim etsə, maraqlı müqayisə aparmaq olar.
  • +2
  • 14 декабря 2009, 11:08
  • Elliot
  • 33

PHP class və sadə nümunə


PHP-də obyekt yönümlü proqramlaşdırmanın əsasında CLASS məntiqi dayanır. Class obyektin tərifidir, obyektin xassələrini, metodlarını təyin edir. Sadə nümunə gətirək: Məsələn qrafik qurmaq üçün bir ümumiləşmiş proqram hissəsi-class yazılır, daha sonra o klassdakı funksiyaların parametrlərinə müxtəlif qiymətlər ötürməklə obyekt təyin olunur: Temperatur-zaman qrafiki, sürət-zaman qrafiki və.s.



( Читать дальше )
  • +2
  • 09 декабря 2009, 10:46
  • Elliot
  • 3

İnformasiyanın müəyyən İP-lərdən gizlədilməsi


Tutaq ki, siz veb səhifənizin müəyyən bir hissəsinin bir və ya bir neçə İP ünvanlarda görünməməsini istəyirsiniz. Bunun üçün aşağıda yazacağım və öz istifadə etdiyim kodu paylaşmaq istəyirəm. Məsələn fərz edək ki, 81.17.*.* IP ünvanlarından müəyyən mətni gizlətmək və ya onlara başqa kontent göstərmək istəyirsiniz.


$ip=$_SERVER['REMOTE_ADDR'];
			
$mask=explode(".",$ip);
if ($mask[0]!=81 or $mask[1]!=17 )
{
//Göstərilən İP-lərdən gizlədilən informasiya buraya
echo 'Gizli info';
}
else
{
//
echo 'Əvəzedici məlumat';
}


Bu İP-lərə səhifəni tam fərqli görkəmdə göstərmək və ya səhifəni onlardan bütöv gizləmək üçün:



( Читать дальше )
  • +3
  • 03 ноября 2009, 14:43
  • Elliot
  • 5