“Sinam” şirkəti Cənubi Qafqazda ilk dəfə “Cisco Silver Partner” statusu uğrunda sertifikasiyadan keçir

Azərbaycanın “Sinam” şirkətinin biznes inkişafı üzrə direktoru İslam Əhmədov Parisdə keçirilmiş “Cisco Partner Velocity” adlı konfransda iştirak edib.

Şirkətin başı ofisindən “APA-ECONOMICS”ə verilən məlumata görə, “Sinam” sözügedən konfransda “Cisco”nun dəvəti ilə iştirak edib. Konfrans çərçivəsində “Cisco” və “Sinam” şirkətlərinin Azərbaycanda birgə marketinq proqramının həyata keçirilməsi məsələsi üzrə razılıq əldə olunub.


( Читать дальше )