BakuTel NETTY2010-nun yeni partnyorudur

NETTY 2010 Milli İnternet Mükafatının keçirilməsini dəstəkləyən partnyorlar sayının genişlənməsi davam edir. Regionda ən böyük telekommunikasiya və informasiya texnologiyaları sərgisi olan BakuTel müsabiqəyə qoşuldu. Sərgi “İlin İT-hadisəsi” müsabiqədən kənar nominasiya üzrə mükafatın partnyoru oldu. Bu nominasiyada Akademiya tərəfindən seçilən müsabiqənin qalibi BakuTelin təşkilat komitəsi tərəfindən mükafatlandırılacaq.

Qeyd etməliyik ki, Bakutel 16 il fəaliyyət dövrü ərzində İnformasiya-Kommunikasiya Texnologiyalarının illik sammitinə çevrilib və onun vasitəsilə ildən ilə İKT bazarına yeni texnologiyalar və avadanlıqlar tətbiq olunur, möhkəm əlaqələr qurulur, yeni şirkətlər yaradılır.


( Читать дальше )